Jafar Jabbarli 44, Caspian Plaza
Featuring a modern design, LTC Y offers a high office standard work environment for startup owners, small entrepreneurs, freelancers, business people and anyone who needs an office. Our center is located on the 15th-16th-18th floors of Caspian Plaza.
Contact us
Khojali 37, Demirchi Tower
In 2022, a new branch equipped with modern equipment "LTC X" was opened. Our center is located on the 25th and 26th floors of Demirchi Tower.
Contact us
4-cü Sənaye İnqılabı təhsildən ən radikal dəyişiklikləri tələb edir. Bəs biz bu tələbə necə cavab verə bilərik?
Hər kəsə tanış olan mənzərədir ki, artıq professional kariyerada yer tutmaq üçün lazım olan təhsili almaq bir növ həm də insan üçün iradə və səbr sınağına çevrilib.

Yorulmadan çoxlu sayda təhsil resurslarından istifadə edən (hətta çox zaman bir neçəsindən eyni zamanda), məqsədli şəkildə bütün imkanlarını ortaya qoyaraq əmək bazarındakı tələblərə cavab verməyə çalışan insanlar həmin yeri birtəhət qazana bilir. Əksər adam üçün isə təhsil bu əziyyətə dəyəcək qədər prioritet deyil.

Bazardakı həndəsi silsilə ilə artan boş pozisyalar, çatışmayan peşəkar işçi kütləsi isə təəssüf ki, gərəkli təhsili almaq üçün belə məqsədli şəkildə çalışanların sayından qat – qat çoxdur.

İnsanlar adətən öz təbiəti səbəbindən sağ qalmağına yardım edəcək ən asan yolu seçir. Təhsil isə ildən ilə ən asan yollar siyahısında öz reytinqini itirir.

Təsəvvür edin, təhsil əldə olunması çətin olduğu üçün onu siyahıdan çıxaran insanlar çoxaldıqca necə bir qlobal miqyaslı krizis ilə üz-üzə olacağıq.

Məhz bu tendensiya səbəbindən hazırda dünyada edtech startapları ən aktual mövzulardandır və ciddi diqqət var.

Bəs biz Galactech School olaraq saman altından hansı suları yeridirik, gəlin, tüm sırrı birlikdə pozaq :)
Location
Lotfi Zadeh Technology Center
Starting time
23 Dec 2021 16:00
Details
Innovation