Jafar Jabbarli 44, Caspian Plaza
Featuring a modern design, LTC Y offers a high office standard work environment for startup owners, small entrepreneurs, freelancers, business people and anyone who needs an office. Our center is located on the 15th-16th-18th floors of Caspian Plaza.
Contact us
Khojali 37, Demirchi Tower
In 2022, a new branch equipped with modern equipment "LTC X" was opened. Our center is located on the 25th and 26th floors of Demirchi Tower.
Contact us
Kovörkinq sadəcə bir məkan deyil!
Kovörkinq sadəcə bir məkan deyil, o, sizi və ya komandanızı dəstəkləmək və biznesinizin böyüməsinə, uğur qazanmasına imkan yaratmaq üçün nəzərdə tutulmuş icmadır. Kovörkinq məkanları sizi, biznesinizin böyüməsini və inkişafını təşviq etmək üçün müxtəlif imkanlarla əhatə etməyə çalışır. Networking tədbirləri, seminarlar – virtual olan və ya olmayan – sizə oxşar maraqları və məqsədləri olan insanlar ilə görüşməyə, ictimailəşməyə və əlaqə saxlamağa imkan verir.
Xəyalınızdakı ofisi təsəvvür edin: iş, ilham və şəxsi rahatlıq üçün tam təchiz olunmuş müasir məkan və sizə lazım olan qədər yer var. Məkanın dizaynı biznesinizin xarakterinə tam uyğundur, beləliklə, müştərilərlə görüşərkən düzgün təəssürat yarada biləcəksiniz. Bu yerdə siz əlavə iş sahəsinin təşkilinə vaxt və pul sərf etmədən kadrlarınızı da artıra bilərsiniz. Siz hər gün sizinlə həmfikir olan insanlarla tanış ola bilər, onlarla təcrübələrinizi bölüşə və ya lazım gələrsə əməkdaşlıq edə bilərsiniz.
Getdikcə daha çox sahibkar, startap, frilanser və hətta iri korporasiyaların köhnə ənənəvi iş mühitindən kovörkinqinə yönəlməsinin əsas səbəbi onun effektiv olmasıdır. Və biz kovörkinqə keçməyiniz üçün əsas dörd səbəblə qarşınızdayıq!

1.  Cəmiyyətin bir parçası olmaq

Kovörkinq məkanında üzvlərin bir-biri ilə iş yerini paylaşması, sizin eyni problemlərlə üzləşən digər sahibkarlarla qarşılıqlı əlaqəyə girməyinizə imkan verir. Əlbəttə ki, cəmiyyətin bir hissəsi olmaq üçün bir-birinizin yanında oturmanıza ehtiyac yoxdur - özəl ofisləri tutan insanlar həm də kovörkinq tədbirlərinə və sosial fəaliyyətlərə qoşulmaqla daha geniş icmanın bir hissəsidirlər. Texnologiya sənayesi hər gün yaradılan yenilənmələr və inkişaflarla sürətlə dəyişir, yeniliklərdən xəbərdar olmaq, yeni biliklər əldə etmək və uyğunlaşmaq üçün təkmilləşdirmə strategiyalarını kəşf etmək vacibdir. Birgə iş sahəsi yeni ideyalara və iş üsullarına qapılar açacaq!

2. İcarə şərtləri

Bir çox yeni şirkətlər və ya frilanserlər ofis icarələri və ya böyük depozitlər üçün tam öhdəlik götürə bilmirlər. Lakin kovörkinq mərkəzində müxtəlif üzvlük seçimləri ilə siz və biznesiniz üçün uyğun olanı seçə bilərsiniz. İstəyirsinizsə, aydan aya və ya hətta həftəlik icarəyə götürə biləcəyiniz seçimləriniz mövcuddur. Kovörkinq məkanlarının üzvləri də öz cədvəllərini təyin etmək və istədikləri zaman işləmək rahatlığına malikdirlər. Artıq müəyyən olunmuş iş saatları və ya başqasının cədvəli ətrafında işləməyə ehtiyac yoxdur!

3. İş/Həyat balansı

Hamımız iş-həyat balansının vacibliyini bilirik, lakin təəssüf ki, bugünkü iş yerlərinin çoxunda bunu dəstəkləmək üçün mühit yoxdur. Kovörkinq məkanları sayəsində strukturlaşdırılmış iş rejimi yaratmaq və daha çox nizam-intizam əldə etmək mümkündür. Kovörkinq məkanları üzvlərin ruhlandırıcı mühitdə öyrənə, inkişaf edə və bir-biri ilə əlaqə saxlaya biləcəyi yeni iş mühiti yaratmışdır. Bütün bunlar insanların motivasiyasına və eyni zamanda daha çox produktivliyinə kömək edən amillərdir. İşçilərin rahatlığlı və xoşbəxtliyi, biznesinizdə əldə etdiyiniz qazanca da müsbət təsir göstərəcək!

4. Xərcin effektivliyi

Kiçik biznesi idarə etmək və ya sərbəst işləmək kifayət qədər əlavə xərclərə səbəb ola bilər. Kovörkinq məkanının üzvü və ya icarəçisi olmaq, bunların çoxunu aradan qaldırmağın asan yoludur. Əlavə kommunal ödənişlər və ya xidmət təminatlarından narahat olmaq lazım deyil. Problemləriniz və yaxud təklifləriniz olduğu zaman rahatlıqla community managerlərlə əlaqə saxlaya bilərsiniz. Lazım olan hər şey sizin üçün hazırdır, sadəcə olaraq komputerinizi gətirin!

Kovörkinq məkanı sizə bir çox üstünlüklər gətirəcək ofis həyatına müasir baxışdır. Bu, müəyyən mərhələdə həm kiçik şirkətlər, həm də fərdlər üçün faydalı təcrübədir. İstədiyiniz yerdə işləmək, eyni zamanda bacarıqlı və motivasiyalı yeni insanlarla tanış olmaq şansı bu gün reallığa çevrilib. Beləliklə, yer seçmək və xəyalınızdakı ofisin gündəlik həyatınızın bir hissəsinə çevrilməsinə icazə verməyin vaxtı gəldi!

Author
Turkan Guluzade
Tags
Müəllif yazıları
Published time
18-MAY-2022 / 19:00