Categories:

  • Azərbaycan və Kanada: Start-up və kovörkinq mədəniyyəti
    • Lotfi Zadeh Technology Center Jafar Jabbarli, 44, Baku, AZ1065
    • Freelance
  • Lotfi Zadeh Technology Center : İnnovasiya günü

    16 fevral saat 17:00 da İnnovasiya gününə həsr olunmuş "İnnovasiya ekosistemin və yerli startup-ların beyəlxalq arenaya çıxışı" mövzusund panel müzakirə keçiriləcək. Bu mövzuya marağı olan hər bir kəsi görüşə qatılıb yararlanmağa dəvət edirik. Qeydlər:

    • Tədbir ödənişsizdir.
    • Online olaraq keçırıləcək

  • “Rəqəmsallaşma sahəsində bankçılıq və innovasiya ekosistemi uzlaşması”
    • Lotfi Zadeh Technology Center

    4 fevral 2021-ci il tarixində “Lotfi Zadeh Technology Center” mərkəzində PAŞA Bank nümayəndələrinin iştirakı ilə ”Talk” formatında panel müzakirə keçiriləcək. “Rəqəmsallaşma sahəsində bankçılıq və innovasiya ekosistemi uzlaşması” tədbirin əsas mövzusu kimi müəyyən edilib. Mövzu çərçivəsində klassik bankçılıq və rəqəmsallaşmanın zərurəti, innovasiya ekosisteminin inkişafı, cari maliyyə trendləri və s. istiqamətlərə toxunulacaq, iştirakçıların sualları cavablandırılacaq. Feysbukda canlı yayımlanacaq tədbirə qoşulmaq üçün keçid: https://www.facebook.com/events/252434606388106/

  • Lütfi Zadə Texnologiya Mərkəzi - rəsmi açılış
    • Lotfi Zadeh Technology Center

    Tətbiqi Elm həftəsində məhz 4 fevral Lütfi Zadənin 100 ilinin tamam olduğu gün mərkəzimizin rəsmi açılış mərasimi keçiriləcək. Sizlərə komfort, təhlükəsiz və məhsuldar iş mühitinin yaradılması üçün bir ildən çoxdur böyük əzmlə çalışılan layihəmizin yekun halını görmək və Azərbaycanın ən böyük kovörkinq mərkəzi ilə tanış olmaq üçün hərkəsi rəsmi açılış mərasimimizə dəvət edirik. Tədbirlər planına uyğun olaraq sizləri bu özəl günümüzdə yanımızda görməkdən məmnun olarıq!

  • Fuzzy Coffe & Wine -ın rəsmi açılış mərasimi

    Lütfi Zadənin 100 illik yubileyinə həsr etdiyimiz Tətbiqi Elm həftəsində ən özəl günlərdən biri də kovörkinq mərkəzimizin bir hissəsi olan Fuzzy Coffe & Wine -ın rəsmi açılış mərasimidir. 2 fevral Gənclər günündə keçiriləcək açılış mərasiminə gələrək məkanla tanış ola, canlı musiqi dinləyə, eləcə də coffe & wine tastingdə iştirak edə bilərsiniz.

  • Lütfi Zadə irsi və Azərbaycan mütərəqqi fikri" mövzulu rəsm sərgisi

    Görkəmli alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş Tətbiqi Elm həftəsinə "Lütfi Zadə irsi və Azərbaycan mütərəqqi fikri" mövzulu rəsm sərgisi ilə başlayırıq. Sərgi Azərbaycan Rəssamlar İttifaqının üzvü, 150-dən çox qrafika, 200-dən çox rəngkarlıq əsərinin müəllifi, eləcə də 50 kitabın rəssamı olmuş Adil Əsədli rəsmləri əsasında təşkil olunacaq. Sərgiyə baxmaq və eləcə də Tətbiqi elm həftəsində iştirak etmək üçün Lotfi Zade Texnologiya mərkəzimizə gəlin!

  • Design Talks

    Lotfi Zadeh Technology Center: Design Talks 23 dekabr canlı efirdə dizaynerlərin düşündükləri, düşünüb deyə bilmədikləri və düşünmədikləri haqqında dərin amma unikal müzakirəmiz olacaq. Bu maraqlı söhbətin bir parçası olub suallarınızı ünvanlamaq istəyirsizsə qeydiyyatdan keçməyi unutmayın 🙂 Suallar çox, cavablar ondan da çox.

  • İT event Shehriyarnan
    • Lotfi Zadeh Technology Center
  • İstehsalat mühitinə hazır proqram təminatı nə deməkdir? ( What is production-ready software? )

    Lotfi Zadeh Technology Center : İstehsalat mühitinə hazır proqram təminatı nə deməkdir? ( What is production-ready software? ) Bu açıq söhbətdə biz çox vacib, qəliz və lazımlı olan mövzunu müzakirə edəcik. Production-ready olmaq nə deməkdir axı? Bir məhsul hansı halda istehsalata hazır hesab olunur? Suallar çox, cavablar ondan da çox 🙂

  • Coffee event
    • Lotfi Zadeh Technology Center
  • Kiçik və orta Sahibkarlar üçün insan resursları
    • Lotfi Zadeh Technology Center

    Lotfi Zadeh Technology Center: Kiçik və Orta sahibkarlar üçün insan resurslarının idarə edilməsi.

    Hal-hazırda dünyada baş verən proseslər insanların onlayn rejimdə işləməsini tələb edir və sahibkarlara insan resurslarını düzgün seçməkdə çətinliklər yaşadır. Bununla əlaqədar kiçik və orta sahibkarlar bir çox halda İnsan Resursları departamenti qura bilmədikləri üçün problemlərlə üzləşirlər.

    Bu tədbirdə Kiçik və Orta sahibkarlar işçini necə seçməli, hansı məqamlara diqqət etməli və nələri nəzərə almalı olduqlarından danışacayıq. Tədbir eyni zamanda bu sahəyə maraq göstərən və bu sahədə özünə karyera qurmaq istəyənlər üçün də yararlı olacaq.

    Bu mövzu ilə əlaqədar digər suallarınıza cavab tapmaq və müzakirədə iştirak etmək üçün qeydiyyatdan keçməyi unutmayın.

  • İnnovation : Uğurlu Startup və Sahibkarlıq fəaliyyəti

    Lotfi Zadeh Technology Center və ATL academy : Uğurlu Startup və Sahibkarlıq fəaliyyəti

    Hal-hazırda dünyada baş verən proseslər insanların startup ve ya sahibkarlıq sahəsində necə uğur qazanmalı olduqlarına dair suallar yaradır. Bu tədbirdə Startup və ya Sahibkarlığa necə və haradan başlamaq olar, bu sahələrin mənfi və müsbət tərəfləri nələrdir, eyni zamanda bu mövzu ilə əlaqdar digər suallara cavab tapmaq və müzakirə aparmaq şansımız olacaq.