Lotfi Zadeh Technology Center

Bakıda kovörkinq planları və qiymətlər

Aylıq planlar hər ay ödənilir; həftəlik və günlük girişlər, virtual ofis.

Qiymətlər ƏDV-siz göstərilib.

Qısa müddət və virtual ofis

Planların müqayisəsi

Qaynar masaSabit masaÇalışma zonasıŞəxsi ofis
Giriş7/247/247/247/24
Masaİstənilən boş masaÖz masanızÖz masanız, arakəsməliÖz masanız, kilidli ofisdə
ŞkafVarVarVar
İclas otağı balansı100 AZN / ay100 AZN / ay100–150 AZN / ay
İnternet, çay, qəhvə, çapVarVarVarVar
Qiymət220 AZN / ay350 AZN / ay330 AZN / ayQiymət ofisin ölçüsünə görə müəyyən edilir

Endirimlər

Partnyorlardan endirimlər

Üzvlər mərkəzin ətrafındakı partnyor kafelərdə, təhsil mərkəzlərində və digər bizneslərdə endirim alır. Cari siyahı üzv portalında, Perks bölməsindədir.

Qoşulmazdan əvvəl soruşulanlar

Hansı masa planlarınız var?

3 masa planımız var: sabit masa, qaynar masa, kubikl masa. Şəxsi ofislər və virtual ofis əlavə olaraq.

Masalarda kilidli çəkməcələr ödənişlidirmi?

Sabit masa və ya kubikl masa icarəyə götürmüş üzvlərə 2 ədəd ödənişsiz kilidli çəkməcə verilir. Əlavə kilidli çəkməcə icarəsi isə ödənişlidir.

İclas otağı balansı nədir?

Sabit masa, çalışma zonası və şəxsi ofis planlarına hər ay 100 AZN dəyərində iclas otağı vaxtı daxildir; otaqlar səhifəsindən saatlıq xərclənir.

Mərkəzdə qonaq qarşılamaq olarmı?

Əlverişli və təhlükəsiz mühiti qorumaq üçün mərkəzdə gündə 3 qonaq qarşılamağa icazə verilir. Qonaqları yalnız şəxsi ofisləri olan üzvlər öz ofislərində və ya iclas otaqlarında qarşılaya bilər, ümumi zonada qonaq qarşılana bilməz. Masa planı olan üzvlərimiz isə görüşlərini iclas otağı rezerv edərək edə bilər.

Loyallıq endirimləri neçənci aydan başlayır?

Loyallıq endirimləri 5-ci aydan başlayır: 5-ci aydan 5%, 10-cu aydan 10%, 15-ci aydan 15% endirim əsas ödənişə tətbiq olunur.

Avans ödənişlərə endirim nə qədərdir?

Avans ödənişlərə endirim minimum 3 aydan başlayır: 3 aylıq avans ödənişə 8%, 6 aylıq avans ödənişə 10%, 12 aylıq avans ödənişə 15% endirim əsas ödənişə tətbiq olunur.

Kompüter icarəyə götürmək mümkündürmü?

Xeyr, kompüter icarəyə verilmir, lakin aylıq monitor icarəsi mövcuddur.

Lotfi Zadeh Technology Center

LTC-dən işləməyə hazırsınız?

Hər gün 10:00–19:00 arası 30 dəqiqəlik tur bron edin, və ya turu keçib günlük girişlə başlayın.