Jafar Jabbarli 44, Caspian Plaza
Müasir dizayna sahib olan “LTC Y” startap sahibləri, kiçik sahibkarlar, frilanserlər, iş adamları və ofisə ehtiyacı olan hər kəs üçün yüksək ofis standartlarına sahib iş mühiti təklif edir. Mərkəzimiz Caspian Plazada 15-16-18-ci mərtəbələrdə yerləşir.
Əlaqəyə keç
Khojali 37, Demirchi Tower
2022-ci ildə müasir avadanlıqlarla təchiz olunmuş yeni filial ''LTC X''-in açılışı olmuşdur. Mərkəzimiz Dəmirçi Towerdə 25 və 26-cı mərtəbələrdə yerləşir.
Əlaqəyə keç
Kovörkinq- şəbəkə imkanlarının yarandığı ünvan.

Azərbaycanın ən böyük kovörkinq mərkəzi olan, LütfiZadə Texnologiya Mərkəzi sizin üçün komfortlu və tam təchizatlı çalışma sahəsi yaratmaqla yanaşı, maraqlı və əyləncəli vaxt keçirməyiniz üçün də imkanlar yaradır.


Birgə ofis sahələri peşəkar şəbəkənizi genişləndirmək və yeni biznes perspektivlərini kəşf etmək üçün platforma təmin edir. Həmfikir peşəkarlar, sahibkarlar və frilanserlərlə əlaqə saxlayaraq, yeni əməkdaşlıq- tərəfdaşlıq və ya biznes imkanlarınızı genişləndirməklə yanaşı, seminarlarda, tədbirlərdə və müzakirələrdə iştirak edərək müxtəlif sahələrdə dəyərli fikirlər və biliklər əldə etmək imkanına qapı açırsınız.


Tədbirlərdə və görüşlərdə diqqət mərkəzində olmaq təkcə layihələrinizi yüksəltmir; kovörkinq icmasında müsbət reputasiya yaradır. Sosial tədbirlərdə iştirak etmək, dostluq etmək və iş yoldaşları ilə münasibətləri gücləndirmək aidiyyət və dəstək hissi yaradır. Özünüzü motivasiyalı insanlarla əhatə etmək, sağlamlıq fəaliyyətləri vasitəsilə iş-həyat balansınızı yüksəldə, inklüziv cəmiyyətimizi formalaşdıran uğur hekayələrindən birinin parçası olmağa imkan yarada bilər.



Mərkəzimizdə şəbəkə imkanlarına və şəxsi inkişafa təşviq edən bir sıra tədbirlər mövcuddur:



Hər həftə baş tutan "LTC Morning/LTC səhər yeməyi" bütün icma üzvlərini bir fincan qəhvə və söhbət üçün bir araya toplayır. Bu vaxt ərzində digər icma üzvləri birlikdə öz işlərindən söhbət açıb müzakirələr edərək yeni ideaların və motivasiyanın yaranmasına nail ola bilirlər.


Yorğun iş həftəsini LTC mərkəzimizdə hər cümə günü baş tutan oyunlarımıza qoşularaq sonlandıra bilərsiniz. Üzvlərimizin böyük rəğbətini qazanan "Nə? Harada? Nə zaman?" İntellektual oyunu, "Musiqili Xəmsə" kimi oyunlarımızla siz günün gərginliyini azalda və maraqlı vaxt keçirə bilərsiniz.


LTC xaricində də tez-tez üzvlər ilə birlikdə tədbirlər keçirilir, bunlardan ən sevilənlər isə, “Veloday”, “BBQparty”, “Cinemaday”, “Wineday”, “Dress Code day”, “Xizək sürmə” və “Axşamgəzintiləri” olub. Qeyd etmək isdəyərdim ki, “LTC rayon daxili turları” ilə də məşhurdur, biz üzvlərimiz ilə birlikdə artıq 7 rayon turu həyata keçirmişik.


İnnovativ ideaların daha tez həyata keçə bilməsi üçün LTC çox saylı marifləndirici seminarlar təşkil edir. Bəzən isə üzvlərimiz bizim üçün sadecə bir üzv olmaqdan çıxıb bir əməkdaşa dönüşə bilir və biz birlikdə bir çox seminarlar həyata keçirə bilirik. LTCdə çox zaman texnologiya ilə əlaqəli “Blokçeyn”, “Proqramlaşdırma”, “İdarəetmə” kimi seminarlar keçirilsə də, “Psixologiya” və “Sağlamlıq” mövzusunda da xüsusi diqqət ayrılır.


LütfiZadə Texnologiya Mərkəzi sizin üçün bir kovörkinq mərkəzindən daha artığını təklif edir!



Müəllif
Nigar Naghizada
Teqlər
Müəllif yazıları
Tarix
18-YAN-2024 / 18:00