Jafar Jabbarli 44, Caspian Plaza
Featuring a modern design, LTC Y offers a high office standard work environment for startup owners, small entrepreneurs, freelancers, business people and anyone who needs an office. Our center is located on the 15th-16th-18th floors of Caspian Plaza.
Contact us
Khojali 37, Demirchi Tower
In 2022, a new branch equipped with modern equipment "LTC X" was opened. Our center is located on the 25th and 26th floors of Demirchi Tower.
Contact us
Görüş Otaqları- İnnovasiyanın yaradıcılıqla qovuşduğu ünvan!

Lütfi Zadə Texnologiya Mərkəzinin dünyasına addım atdıqda görərsiniz ki, burada görüş otaqları innovasiya və əməkdaşlığın ünvanıdır. İclas otaqları tam təchizatlı, müvəqqəti fərdi iş yeri ən əsası isə müştərilərinizi daha effektli şəkildə qəbul etməyiniz üçün yaradılmış unikal bir məkandır. 


Caspian Plaza, Demirchi Tower və Caspian Business Centerdə yerləşən iclas otaqları biznes müzakirələrinizi yeni zirvələrə yüksəltmək, kolleqalar ilə beyin fırtınası aparmaq, müştərilərinizi heyrətləndirmək və ya məhsuldar təlim seanslarınızı keçirtməyiniz üçün nəzərdə tutulmuşdur. 

Gəlin, görüş otaqlarımızın üstünlüklərini, tərəqqi- ilham ruhunu əks etdirən adları və onları bəzəyən ikonik şəxsiyyətləri araşdıraq.


Lütfi Zadə Texnologiya Mərkəzinin iclas otaqlarının üstünlükləri:


Ən müasir texnologiya:

Otaqlarda Smart TV, yazı lövhəsi, yüksək sürətli internet, həmçinin iclaslarınız zamanı kənar müdaxilənin qarşısını almaq məqsədilə xüsusi kart sistemi mövcuddur.


Peşəkar atmosfer:

Görüşləriniz zamanı fokuslanmağa imkan verən, konsentrasiyanı və məhsuldarlığı artıran peşəkar mühitlə tanış olacaqsınız.

 

Fövqəladə Rahatlıq:

Müxtəlif növ görüşlər, təqdimatlar və seminarlar üçün əlverişli və komfort mühit yaradaraq, erqonomik oturacaqlar və mebel ilə məkanı ehtiyaclarınıza uyğunlaşdıra bilərsiniz

 

Mərkəzi yerlər:

Caspian Plaza və Demirchi Tower kimi mərkəzi ünvanda yerləşən Lütfi Zadə Texnologiya Mərkəzi yerli və beynəlxalq biznes üçün asan girişi təmin edərək, sizlərə tədbirlər və əməkdaşlıq üçün ideal seçim təkliflərini irəli sürür.


Caspian Plaza və Caspian Business Center filallarımızda iclas otaqları elm və texnologiya sahəsinə kəşf və yeniliklər gətirmiş şəxslərin adlarını daşıyır.


Nikola Tesla:

Uzaqgörən ixtiraçı və elektrik mühəndisi olan Teslanın adı ilə bağlı olan otağımız sizlərə sərhədsiz yenilik və irəliyə doğru düşünmə ruhunu təcəssüm etdirir.

Marie Curie:

Elm dünyasının qabaqcıl şəxsiyyətlərindən hesab olunan Mariya Küri, radioaktiv maddələrin kəşfi mövzusunda apardığı tədqiqatlara görə ilk Nobel mükafatı alan ilk şəxs olub. Otağın məhz bu formada adlandırılmasına səbəb isə Mariyanın kəşfə bağlılıq və marağını əks etdirməkdir.


Elon Musk:

Müasir texnoloji investor kimi tanınan Musk innovasiyanın sərhədlərini genişləndirən qabaqcıl müzakirələr və yenilikçi ideyalar məkanı ifadə edir.


İsaak Nyuton:

Əfsanəvi riyaziyyatçı və fizikin adı qərarların qəbulu və strateji planlaşdırma aurası əlavə edir.


Ramin Mahmudzadə:

Müasir texnoloji təsir göstərən Mahmudzadənin adı mövcud və gələcək texnologiya meyllərinin ön planda olduğu bir otağı təmsil edir.


Thomas Edison:

 Edison müasir sənaye cəmiyyətinin texnoloji inkişafına və bir çox sahələrdə mühüm ixtiralar etmiş ixtiraçılardandır. Elektrik lampasının ixtirası ilə məşhur olan Edison, günbə-gün yeniliklər axtarmış və işıqlandırma sisteminin əsasını təşkil edilməsində böyük rol oynamışdır. Öz yenilikçi ideyaları ilə tanınan ixtiraçının adı ilə bağlı otağımız sizlərdə və qonaqlarınızda yaradıcılıq axtarışını ruhlandıracaqdır.



Litium, Radium, Titan, Stannum, Qallium, Volfram:

Demirchi Tower-də yerləşən iclas otaqları müvafiq olaraq sabitlik, parlaqlıq, möhkəmlik, dözümlülük, elastiklik və gücü simvolizə edən elementlərin adını daşıyır.


 Caspian Plaza-da yerləşən iclas otaqlarımızın zərifliyindən tutmuş,

 Demirchi Tower-da yerləşən hər bir otaq, sizlərin beynində elementar yolların açarı olan məkandır. İdeyalarınızın həyata keçdiyi və biznesinizin yeni üfüqlərə doğru irəlilədiyi bu məkan bəlkə də sizlərin uğurunuza doğru addım atacağınız məkan olacaqdır. Hər görüşün tərəqqinin təntənəsi və əməkdaşlığın gücünün sübutu olduğu bu dünyada sizləri görməkdən məmnunluq duyarıq.

Author
Aytaj Orujbayli
Tags
Müəllif yazıları
Published time
13-FEB-2024 / 16:30