Kovörkinq- Yeni normalımız
Müəllif: Ilaha Ahmadova · 6 sen 2020
Kovörkinq mərkəzlərə olan tələbat əsəsən frilanser iş rejiminin inkişafı ilə ortaya çıxmağa başladı desək heç də yanılmarıq. 2005-ci ildə Bred Neuberq San Fransiskoda Hat Fabrika kovörkinq mərkəzini qurduğunda bu idea inkişaf etməyə başlamış, və müstəqil işləyən şəxslərin birlikdə işlədikləri fiziki məkan məfhumu kimi biznes mühitində məşhurlaşmışdır. Kovörkinq mərkəzlərə olan tələbat müxtəlif seqmentlərdən olur, hər seqmentin isə özünə xas səbəbləri olur ki, onlar burada işləməyi digər alternatiflərdən üstün tuturlar. Bunlar nələrdir?
Frilanserlər
Kafelərdə və evdə işləmək işə tam fokuslanmağa mane olur, şəxsi ofis icarəyə götürmək isə çox məsrəflidir. Bu halda, kovörkinqdə işləmək çox əlverişlidir. Sakit məkan, davamlı internet, çay, qəhvə, su, printer xidmətləri və s. sizə təmin edilir, sizə qalan isə yalnız işləmək olur. Kovörkinqinlərə dünyada frilanserlər tərəfindən üstünlük verilmə səbəblərindən biri də odur ki, burada öz şəbəkələrini genişləndirmək, yeni tanışlıqlar və yeni iş imkanları üçün əlverişli şərait vardır.
Tələbələr
Frilans olaraq işləyənlərdən başqa, kovörkinq mərkəzlərə üstünlük verən digər seqment hazırda çox kiçik olsa belə günbəgün artmağa başlayan tələbə seqmentdidir. Bəs tələbələr niyə kovörkinqi seçir? Dərs çalışmaq üçün universitet və şəhər kitabxanaları yaxşı olsa da, bəzi məsələlərdə limitlidir. Xüsusiylə, son dönəmdə Covid-19 pandemiyasıya bağlı online dərslərə qoşulma və xaricdə təhsil alan tələbələrin də online əsasında dərs alması kovörkinqə olan maraqları artırır.
Kiçik və orta sahibkarlar
Kiçik və orta sahibkarların maraqlarının kovörkinqlərə yönəlməsinə səbəb həm bir çox xərclərdən azad olmaları, həm də, öncədən ödəniş əsasında istifadə etdikləri üçün pandemiya dövründə olduğu kimi ofisi saxlamaq üçün ödəniş edərək əlavə xərclər yaratmırlar. İstifadə ediləcək ay üçün ödəniş edilir, mebel və s. kovörkinq tərəfindən təmin olunduğu üçün istifadəni dayandırmaq, köçmək və s. xərcləri də olmadığı üçün sizi ofisi saxlamağa məcbur etmir.
Korporativ şirkətlər
Nəhayət, qlobal biznes mühitində son illərdə, korporativlər işçi heyətinin bir hissəsini frilanserlərlə əvəz etməyə başlamaqla yanaşı, daimi işçilərinin də bir qismini kovörkinqlərdə yerləşdirməyə başlamışdır. Bu maraq onları həm daha rahat mühitdə işləməyinə şərait yaratmaq, həm də ofis həcminin böyüməsinin gətirdiyi xərcləri aradan qaldırmaq üçün lazımdır.
Ümumi olaraq, kövörkinq mərkəzdə işləmək sizə hansı xidmətləri və üstünlükləri verir? Sevindirici haldır ki, son zamanlar kovörkinqdə işləmək insanlar arasında yayılmağa başlamışdır. Kovörkinq mərkəzlərdən istifadənin həyatımızı rahatlaşdırma səbəbləri bunlardır:
-Siz mebel alışı və ya icarəsindən azad olursunuz.
-Ofisin təmiri xərcləri sizi narahat etmir.
-Hər bir ofisdə çay, qəhvə avadanlıqları, məhsulları və s. kimi əlavə xərcləri büdcənizdən çıxarırsınız.
-Printer xərcləri artıq sizi yormur.
-Ofisin problemlərini artıq sizin əvəzinizə başqası həll etdiyi üçün vaxtınıza qənaət edirsiniz.
-Kommunal xərclər, keyfiyyətli internet üçün ödəniş sizin aylıq xərclərinizdən çıxır.
-Ofisin idarəsi üçün əlavə işçi saxlamağınıza ehtiyac qalmır.
LTC-dən işləməyə hazırsınız?
Hər gün 10:00–19:00 arası 30 dəqiqəlik tur bron edin, və ya turu keçib günlük girişlə başlayın.